→ Cəmi aktivləri iki il öncəki durumdan belə aşağı düşdü
“Meqa Sığorta” ASC-nin cəmi aktivləri kiçilib cəmi öhdəlikləri isə artıb.
Banker.az bu barədə Sığorta Şirkətinin 1 yanvar 2018-ci il tarixinə olan hesabatına istinad edərək xəbər verir.
Hesabat dövrünün əvvəli ilə müqayisədə sonunda 5,12 mln. manat, yəni, 13% kiçilərək 35,52 mln. manat ilə 2 il öncəki rəqəmlərdən də aşağı düşüb. Qeyd edək ki, 2016-ci ilin əvvəlində bu rəqəm 36,35 mln. manat təşkil edirdi.
***Oxşar yazı: “Meqa Sığorta” bazara başqa loqo ilə çıxır – dəyişdirildi (FOTO)
Buna əsas səbəb kimi, “Meqa Sığorta”nın uzun müddətli aktivlərindəki kəskin eniş səbəb olub.
Sığorta Şirkətinin cəmi kapitalı 2,66 mln. manat axalaraq 28,34mln. manat təşkil edib ki, bununda 5 mln. manata qədəri bölüşdürülməmiş mənfəətdir.
Cəmi öhdəlikləri artaraq 12,31 mln. manat həcmində olub.
Mənfəət və zərəri
Sığorta Şirkətinin cəmi gəlirlərlə bağlı durumda cəmi aktivləri kimi azalıb. Belə ki, “Meqa Sığorta”nın cəmi gəlirləri ötən ilin 4 rübü ərzində 5 mln. manat az olmaqla 20 mln. manat olub.
Lakin, müsbət göstərici bir tək Sığorta Şirkətinin mənfəətində olsa da bu ötən ilki kimi deyil. Belə ki, qurum 4,96 mln. xalis mənfəət əldə etsə də hesabat dövrübüb əvvəli ilə daha az olması deməkdir.
Xatırladaq ki, 6 səhmdarın payı olduğu “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı hazırda 14 500 000 manat təşkil edir.