9 C
Baku
Monday, November 18, 2024

“Meqa Sığorta” ötən il 4 milyon manata yaxın pul itirib

“Meqa Sığorta” ASC-nin 2022-ci ilin yanvar-dekabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-dekabr ayında 21.129 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 3.598 mln. manat və ya 15% azalma deməkdir.

Yanvar-dekabrda şirkət tərəfindən ümumilikdə 6.749 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 27% çox olub.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər