Azərbaycan sığorta bazarında fəaliyyət göstərən “Meqa Sığorta” ASC-nin loqosu yenilənib. Loqoya yeni dizaynı “APA Holding”ə daxil olan Apamark Marketinq və PR şirkəti həyata keçirib.
Banker.az bu barədə PR şirkətinin açıqlamasına isdinadən xəbər verir.
Məlumata görə, loqo “Aykonik” (Iconic) üslubda yığılmışdır. Loqonun hazırlanmasında sığorta şirkətinin adındakı “M” hərfi daha müasir və fərqli formada təqdim olunmuşdur.
Apamark şirkətinin Qrafik dizaynerinin sözlərinə görə Meqa Sığorta şirkəti tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin loqosunda əks olunan “M” hərfinə yeni nəfəs gətirmək idi.
“Biz də şirkət olaraq çalışdıq ki, təqdim etdiyimiz loqo nümunəsində şirkətin xidmətlərində olan innovativliklər, yeniliklər bu loqo da öz əksini tapsın. Biz bilirdik ki, tenderdə digər şirkətlərdə iştirak edir və rəqabət güclü olacaq. Biz çox şadıq ki, şirkətin fəaliyyətində olan yeniliklərini bu loqo da əks etdirməyi bacarmışıq. Şirkətimiz tərəfindən Meqa Sığortaya 3 loqo konsepti təqdim olunmuşdur və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo şirkətə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır.” – deyə Qrafik dizayneri bildirib.
Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti hal-hazırda Meqa Sığorta şirkətinin yeni saytı üzərində işlər aparır. Saytın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.
Bu günə qədər
Bundan sonra – YENİ