“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin üzvləri, Məsul aktuarisi və Təftiş Komissiyasının üzvi dəyişdi.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Məlumata görə, İdarə Heyətinin müavini olan Uğur İbrahimli Azad oğlu vəzifəsindən kənarlaşıb, onu Məmişov Hökmüdar Qələndər oğlu əvəzləyib. Abbaszadə Eldar Rafail oğlu da sədrə müvəqqəti müavin təyin edilib.
Həmçinin heyətdə digər bir təyinat isə Mirzəyev Samid Salman oğludur. O da müvəqqəti idarə heyətinin üzvü seçilib və bununla yanaşı Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin müdiridir.
Aktuari olan Ağamalıyev Emil İsbəndiyar oğlu vəzifəsindən uzaqlaşıb, onun yerinə Sadayev Tural Hayan oğlu seçilib.
Təftiş Komissiyasının üzvi Eyvazov Fuad Etimad oğlu vəzifəsindən uzaqlaşıb, onu Ələkbərov Ziya Rahim əvəzləyib.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən “BE&G” sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.