18 C
Baku
Sunday, April 28, 2024

“Meqa Sığorta”nın İdarə Heyətində təyinat

“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən birinin vəzifəsi daimiləşib.

Banker.az xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının qərarı ilə Babayev Murad Şaiq oğlu İdarə Heyətinin üzvü seçilib. O buna qədər İdarə Heyətinin müvəqqəti üzvü idi.

Bununla da “Meqa Sığorta”nın İdarə Heyətində sədr və müavinlə bərabər iki üzv olacaq.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər