13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Meqa Sığorta”nın maliyyə durumu bəlli oldu – Gəlirləri azalıb

“Meqa Sığorta” 2020-ci ilin birinci yarımilliyini 2 milyon 630 min 522 manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə mənfəətin 15% artması deməkdir. Ötən ilin birinci yarısında “Meqa Sığorta” 2 milyon 283 min 377 manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

“Meqa Sığorta”nın bu ilin 6 ayında  cəmi gəlirləri 11 milyon 970 min manat (illik müqayisədə 3% az), cəmi xərcləri isə 8 milyon 682 min manat (illik müqayisədə 8%) təşkil edib.

Cari ilin birinci yarısında sığorta şirkətinin cəmi aktivləri 49 milyon 287 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə aktivlərin 11% artması deməkdir. İlin əvvəlində “Meqa Sığorta”nın cəmi aktivləri isə 44 milyon 427 min manat təşkil edib.

Hesabat dövründə “Meqa Sığorta”nın cəmi öhdəlikləri 13% artaraq 20 milyon 324 min manat, cəmi kapitalı isə 10% artaraq 28 milyon 963 min manat olub.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.

aktv

ak2

ohd

gl

Son xəbərlər
Oxşar xəbərlər
X