“Meqa Sığorta”nın maliyyəsinə nəzarət edən şəxs dəyişdi

“Meqa Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri dəyişib.

Banker.az-ın xəbərinə görə, bu günə qədər komissiyanın sədri olan Cəbrayılov Cəbrayıl Səfər oğlu vəzifəsindən azad edilib.

Məlumata görə, onun yerinə Şərifov Vüqar Şirin oğlu seçilib.

Hazırda üzvlər isə Babayev Murad Şaiq oğlu və  Ələkbərov Ziya Rahim oğludur.


Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri

33.1. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır:

33.1.1. sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;

33.1.2. daxili audit planlarını təsdiq etmək;

33.1.3. müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;

33.1.4. Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

33.1.5. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;

33.1.6. səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq;

33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.