“Meqa Sığorta” ASC-nin Audit Komitəsinə yeni sədr seçilib.
Banker.az xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Gündüz Rzayev Səməd oğlu A.K.-nin sədri seçilib.
Buna qədər vəzifə vakant idi.
Gündüz Rzayev həmçinin Direktorlar Şurasının üzvüdür.
Qeyd edək ki, Audit Komitəsinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Audit Komitəsinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur. Bunlar: Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%.