20 C
Baku
Monday, October 13, 2025

“Meqa Sığorta”nın rəhbərliyində yeni təyinat olub

Tapdıq Həsənov Seyran oğlu “Meqa Sığorta” ASC-nin Audit Komitəsinə də sədrlik edəcək.

Banker.az xəbər verir ki,  2025-ci ilin sentyabrında “Meqa Sığorta”ya qoşulub və Direktorlar Şurasının üzvü və Audit Komitəsinin üzvü idi.

Qeyd edək ki, Tapdıq Həsənov uzun illər “Azersun Holding” MMC-nin törəmə şirkətlərində çalışıb. Sonuncu dəfə “AL Market” MMC-nin Maliyyə direktoru idi.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).

tapdig hasanov.png

Son xəbərlər
Digər xəbərlər