Məlumat 29.01.2026-cı il tarixdə yenilənib:
Məmişov Hökmüdar Qələndər oğlu hazırda İdarə Heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı vəzifələrini müvəqqəti icra edicisi kimi fəaliyyətini davam etdirəcək.
Məlumat 22.01.2026-cı il tarixdə dərc edilib:
“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri, sədrin müavini vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bu, Hökmüdar Məmişov Qələndər oğludur.
O, 2021-ci ilin aprelində bu vəzifəyə təyin edilmişdi. H. Məmişov həmçinin şirkətin Baş maliyyə inzibatçısı idi. Onun yerinə hələlik hər hansı təyinat olmayıb. Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədr daxil olmaqla üç nəfərə düşüb.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən “BE&G” sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə, 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.






