16 C
Baku
Friday, April 19, 2024

“Meqa Sığorta”nın səhmləri bazara çıxarılacaq

27 may 2015-ci il tarixindən etibarən “Bakı Fond Birjası”nın (BFB) Listinq Komitəsinin qərarı ilə “Meqa Sığorta” ASC-nin adi sənədsiz adlı səhmləri alternativ bazar seqmentində listinqə daxil edilmişdir.

Banker.az məlumat verir ki, “Meqa Sığorta” ASC-nin adi sənədsiz adlı səhmlərinin Birjada 01 iyun 2015-ci il tarixindən etibarən alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. Emissiyanın həcmi 2 500 000 AZN, Emissiyanın parametrlərinə görə, hər birinin nominal dəyəri 5000 manat olan 500 ədəd səhm ticarətə buraxılacaqdır.

Yerləşdirmənin anderrayteri “AzFinance İnvest” MMC-dir. Yerləşdirmənin başa çatma tarixi isə 31.12.2015-ci il tarixidir.

Son xəbərlər
Digər xəbərlər