“Meqa Sığorta” ASC 2022-ci ili 3.78 mln manat xalis mənfəət ilə başa vurub və bu da 2021-ci ildəki xalis mənfəətlə müqayisədə azdır.
Banker.az bu barədə sığorta şirkətinin illik audit hesabatına istinad edir.
Hesabat müddətində sığorta şirkətinin cəmi əməliyyat gəlirləri 23.5 mln manat, o cümlədən cəmi əməliyyat xərcləri 18.79 mln manat, əməliyyat mənfəəti 4.71 mln manat olub. 2021-ci ildə onun cəmi əməliyyat gəlirləri 25.85 mln manat olduğunu nəzərə alsaq, 2022-ci ildə cəmi gəlirləri 9.1 faiz azalmışdır. Sığorta haqları 14.3% azalaraq 21.13 mln manata, sığorta ödənişləri illik müqayisədə 26.8% artaraq 6.752 mln manata olub.
Qeyd edək ki, sığorta şirkəti 2021-ci ildə 3.92 mln manat xalis mənfəət əldə edib.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).