26 C
Baku
Friday, April 19, 2024

“Meqa Sığorta”nın yığımları azalır, ödənişləri artır

“Meqa Sığorta” ASC-nin sığorta yığımları azalması və ödənişlərinin artması ilə haqq-yığım arasındakı fərqini azaldıb.

Bu barədə Banker.az icmal göstəricilərinə istinadən xəbər verir.

“Meqa Sığorta” 2022-ci ilin ilk beş ayı ərzində 9 milyon 463 min manat sığorta haqqı yığılıb. Bu da illik müqayisədə 9% azalma dinamikasıdır.

Bununla belə, onun sığorta ödənişləri cari ilin yanvar-may ayları ərzində 2 milyon 473 min manata yüksəlib. Bu da illik müqayisədə 41% artımdır.

“Meqa Sığorta”nın yığımları ilə ödənişləri 2021-ci ilin ilk beş ayında 8 milyon 695 min manat olduğu halda, cari ilin eyni dövründə 6 milyon 990 min manata düşüb.

 

Son xəbərlər
Digər xəbərlər