“Meqa Sığorta” ASC-nin 2022-ci ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-avqust ayında 14.749 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 1.416 mln. manat və ya 9% azalma deməkdir.
Yanvar-avqustda şirkət tərəfindən ümumilikdə 4.192 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 887 min manat və ya 27% çox olub.