22 C
Baku
Friday, April 19, 2024

“Meqa Sığorta”ya yeni səhmdarlar cəlb olunub

“Meqa Sığorta” ASC-nin səhmlərinin 19%-nə nəzarət edən Fərəh Məmmədova payını satıb.

Report agentliyi xəbər verir ki, onun payını şirkətə yeni cəlb olunmuş səhmdarlar Faiq Şahəliyev (10%) və Yaşar Əliyev (9%) alıb.

“Meqa Sığorta”nın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (19%), Nəzakət İsmayılovaya (19%), Zaur Quliyevə (19%), Yaşar Qurbanova (14%) və Zeynal Əliyevə (10%) məxsusdur. Beləliklə, şirkətin səhmdarlarının sayı 6-dan 7-ə çatıb.

Qeyd edək ki, səhmdarlardan R.Əliyev “Rabitəbank” ASC-nin 30%-lik səhmdarı, Y.Qurbanov isə “Meqa Sığorta”nın Direktorlar Şurasının sədridir. 

Son xəbərlər
Digər xəbərlər