“Merano-Baku” ASC 2022-ci ili 3 milyon 29 min manat mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 1 milyon 822 min manat olub ki, bu da illik müqayisədə 1.7 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə ASC-nin cəmi öhdəlikləri 10 milyon 308 min manat, cəmi kapital 6 milyon 181 min manat, cəmi aktivləri isə 16 milyon 489 min manat təşkil edib.