“Merano-Baku” ASC 2024-cü ili 1 milyon 939 min manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 2 milyon 215 min manat olub ki, bu da illik müqayisədə 12.5% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Merano-Baku”nun əsas əməliyyat gəlirləri 30 milyon 225 min manat (əvvəlki ilə nisbətən 24.5% çox) təşkil edib. 2023-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 24 milyon 276 min manat olub.
Hesabat dövründə ASC-nin cəmi öhdəlikləri 14 milyon 70 min manatdan 14 milyon 561 min manata, cəmi aktivləri 16 milyon 792 min manatdan 17 milyon 675 min manata, cəmi kapital isə 2 milyon 722 min manatdan 3 milyon 114 min manata çatıb.
Xatırladaq ki, “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri,konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.