“Merano-Baku” ASC 2023-cü ili 2 milyon 215 min manat mənfəətlə başa vurub. 2022-ci ildə şirkətin mənfəəti 3 milyon 29 min manat olub ki, bu da illik müqayisədə 27% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Merano-Baku”nun əsas əməliyyat gəlirləri 24 milyon 276 min manat (əvvəlki ilə nisbətən 16% çox) təşkil edib. 2022-ci ildə şirkətin əsas əməliyyat gəlirləri 20 milyon 989 min manat olub.
Hesabat dövründə ASC-nin cəmi öhdəlikləri 10 milyon 308 min manat 14 milyon 70 min manata, cəmi aktivləri 16 milyon 489 min manatdan 16 milyon 792 min manata çatıb, cəmi kapital isə 6 milyon 181 min manat 2 milyon 722 min manata düşüb.
Xatırladaq ki, “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri,konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.