10 C
Baku
Friday, December 27, 2024

“Merano-Baku” yarım ildə ₼1.4 milyon mənfəət edib

“Merano-Baku” ASC 2024-cü ilin 1-ci yarımilliyini 1 milyon 432 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Merano-Baku”nun əsas əməliyyat gəlirləri 13 milyon 979 min manat, satışın maya dəyəri 10 milyon 367 min manat təşkil edib. Şirkət yarım ildə 358 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə ASC-nin cəmi öhdəlikləri 14 milyon 669 min manat, cəmi aktivləri 18 milyon 556 min manat, cəmi kapital isə 3 milyon 887 min manat olub.
Xatırladaq ki, “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri,konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.
Son xəbərlər
Digər xəbərlər