23 C
Baku
Monday, August 25, 2025

“Merano-Baku”nun ötən il gəlirləri azalıb

“Merano-Baku” ASC 2025-ci ilin 1-ci yarımilliyini 1 milyon 483 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövrünə şirkətin mənfəəti 1 milyon 432 min manat olub ki, bu da illik müqayisədə 4% artımdır.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Merano-Baku”nun əsas əməliyyat gəlirləri 13 milyon 90 min manat (6.4% azalma), satışın maya dəyəri 9 milyon 399 min manat təşkil edib. Şirkət yarım ildə 371 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə ASC-nin cəmi öhdəlikləri 13 milyon 162 min manat, cəmi aktivləri 17 milyon 837 min manat, cəmi kapital isə 4 milyon 675 min manat olub.
Xatırladaq ki, “Merano-Baku” şirkəti, Amerika, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstan,Rusiya, Türkiyə, BƏƏ, Polşa, Belçika, Belarusiya, Hindistan, Danimarka, Niderland, Fransa, Finlandiya, Yaponiya, Çin, Sinqapur, Tailand və.s kimi inkişaf etmiş ölkələrdən məhsulların idxalını təmin edir. Şirkət əsasən un məmulatları, makaron çeşidləri, qida əlavələri, müxtəlif növ yağ növləri,konservləşdirilmiş məhsullar, müxtəlif növ pendirlər, balıq məhsulları idxal edir.
Son xəbərlər
Digər xəbərlər