26 C
Baku
Tuesday, July 16, 2024

Mercedes-Benz əyləc sistemi haqqında unikal reklam təqdim etdi – Video

Mercedes-Benz şirkəti öz əyləc sisteminin imkanlarını nümayiş etdirmək üçün uşaqların da iştirak etdiyi reklam çarxını təqdim etdi. Reklam çarxında uşaqlar oyuncaq avtomobilləri bir-biriləri ilə toqquşdurmaq istəsələr də alınmır. Bu isə avtomobillərin içərisində quraşdırılmış maqnit sayəsində baş tutmur. 

Brend avtomobillərin toqquşmasını ön plana çəkmiş və uşaqların oyun zamanı sevdikləri hadisəni təsvir etmişdir. Onların bu sevimli oyunu real dünyada əsl faciə hesab edilir.

Uşaqlar içərisində maqnit quraşdırılmış maşın əldə etdikdə təəssüflənirlər, çünki onları toqquşdurmaq mümkün deyil. Reklam çarxının sonunda iki qeyd təqdim edilir: “Qəzaları sevən, bunu sevməyəcək” və “Qəzaları sevməyən, bunu sevəcək”.

Bu reklam çarxı Mercedes-Benz avtomobillərinin əyləc sistemini  – brendin bəzi modellərində quraşdırılmış avtomatik texnologiyanı və iki radiolokasiya sistemindən istifadəni reklam edir. Sistemin biri radiatorun barmaqlığına, digəri isə ön bamperdə quraşdırılıb. Ötürücülər yolda digər nəqliyyat vasitələrini aşkar etmək və lazım gəldikdə əyləcdən istifadə etməyə qadirdir.

[su_youtube url=”https://www.youtube.com/watch?v=6KgJuiXpsrM”]

Son xəbərlər
Digər xəbərlər