Mercedes-Benz 1153 at gücünə malik elektrikli AMG GT modelini təqdim edib — avtomobil 100 km/saat sürətə cəmi 2,1 saniyəyə çatır. The Verge yazır ki, avtomobil YASA tərəfindən hazırlanmış üç axial flux tipli elektrik mühərriki ilə təchiz olunub. Mercedes bildirir ki, bu mühərriklər adi elektromotorlardan daha yüngül və kompaktdır.
AMG GT modeli 600 kVt gücündə “ultrasürətli” enerji doldurmanı dəstəkləyən 800 voltluq elektrik sistemi ilə təchiz edilib. Mercedes-in məlumatına görə, elektromobilin batareyası 10%-dən 80%-ə təxminən 11 dəqiqəyə doldurulur. Avtomobilin bir enerji doldurması ilə yürüş ehtiyatı 770 km-ə, maksimal sürəti isə 300 km/saata çatır.
Bundan əlavə, elektromobilin proqram təminatına daxiliyanma mühərrikli Mercedes AMG GT R modelinin əsasında yazılmış 1600-dən çox səs faylı yüklənib. Bu səslər mühərrik, egzoz və sürət ötürmələrinin dəyişməsi effektini imitasiya etmək üçün istifadə olunur.
Şirkət bildirib ki, GT 55 versiyası 2026-cı ilin sonunda satışa çıxacaq, daha güclü GT 63 modeli isə 2027-ci ilin əvvəlində bazara təqdim olunacaq. Qiymətlər hələ açıqlanmayıb.
Mercedes 2026-cı ilin aprelində 482 at gücünə malik tam elektrikli C-Class sedanını da təqdim etmişdi. Həmin modelin də satışına 2027-ci ilin əvvəlində başlanacağı gözlənilir.










