11 C
Baku
Thursday, November 14, 2024

“Mercedes-Benz” 2030-cu ilə qədər daxili yanma mühərriklərindən imtina edəcək

Almaniyanın “Mercedes-Benz” şirkəti 2030-cu ilə qədər daxili yanma mühərriklərindən tamamilə imtina etmək planlaşdırdığını açıqlayıb. “Daimler”in rəhbəri Ola Kellenius elektrikli avtomobillərə keçid prosesini əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu söyləyib. Onun sözlərinə görə, yeni strategiya iyulun 22-də təqdim ediləcək.

Qeyd etmək lazımdır ki, şirkət adi benzinli və dizel yanacaqlı avtomobillərdən əlavə, hibrid modellərdən də imtina etmək niyyətindədir. Rəhbərlik heç bir güzəştə getməyi planlaşdırmır və bütün diqqətini yalnız elektrikli nəqliyyat vasitələrinin istehsalı üzərində cəmləşdirib.

Lakin hər şey o qədər də sadə deyil. Sözsüz ki, 2030-cu ilə qədər bütün bazarlarda elektrikli nəqliyyat vasitələrinin uğurlu tətbiqi üçün kifayət qədər infrastruktur olmayacaqdır. Buna görə istehsalçı tarixləri açıqlamır. Mütəxəssislərin fikrincə, daxili yanma mühərrikləri 2030-cu ildən sonra da aktuallığını qoruyacaq.

Hal-hazırda “Mercedes-Benz” yalnız bir elektrikli avtomobil modelinə sahibdir – EQS sedanı. Digər daha büdcəli modellər (EQA, EQB və EQC) MFA və MRA arxitekturasına əsaslanır.

Son xəbərlər
Digər xəbərlər