Almaniyanın “Mercedes-Benz” şirkəti alovlanma təhlükəsi səbəbi ilə 246 mindən çox avtomobili geri çağırır.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Geri çağırılan 264 393 avtomobil təmir üçün emalatxanalara göndəriləcək. Geri çağırılma 2016-2019-cu illərdə istehsal edilən “C” və “GLC” modellərinə aiddir.
Bundan əvvəl BMW konserni Almaniyada alovlanma təhlükəsi səbəbi ilə üçüncü seriyalı 430 min avtomobili geri çağırıb.