13 C
Baku
Tuesday, October 22, 2024

“Mercedes-Benz” Braziliyadakı zavodunu bağlayacaq

Almaniyanın “Mercedes-Benz” şirkəti koronavirus pandemiyasının avtomobil bazarının premium seqmentini daha da pisləşdirdiyindən Braziliyada minik avtomobili istehsal edən zavodunu bağlamaq niyyətindədir.

“İnterfaks”a istinadənxəbər verir ki, San Paulu ştatının İrasemapolis şəhərində yerləşən zavod 2016-cı ilin martında istifadəyə verilib. Zavodda “C-class” və GLA modelləri istehsal edilir.

Şirkətdən bildirilib ki, zavodda işlərin artıq bu il yekunlaşdırılması planlaşdırılır. Müəssisədə 370 nəfər işçi çalışır.

Bununla belə, “Mercedes-Benz” San Bernardu du Kampu (San Paulu ştatı) və Juis de Foradakı (Minas Jerais ştatı) zavodlarında yük maşınları və avtobus istehsalını davam etdirəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər