Mercedes-Benz şirkəti üç il ərzində daxili yanma mühərriklərinə investisiyaları beş dəfə azaldacaq.
Brendin baş direktoru Ola Kallenius Almaniya mətbuatına geniş müsahibə verib və konsernin əsas prioritetlərini açıqlayıb.
Top menecer Mercedes-Benz-in diqqətini “təmiz” elektromobillərin inkişafına yönəltmək planlarını təsdiqləyib. Məlumata görə, şirkət daxili yanma mühərrikləri Avro-7 eko-standartına uyğunlaşdırılacaq, lakin 2026-cı ilə qədər Mercedes-Benz yanacaq vahidlərinə investisiyaları 80 faiz azaldacaq.