16 C
Baku
Saturday, October 5, 2024

“Mercedes-Benz” elektromobilləri üçün yükləmə qurğuları şəbəkəsini yaratmaq istəyir

Alman avtomobil istehsalçısı “Mercedes-Benz” bütün dünya boyu – Şimali Amerika, Avropa və Çində öz elektrik avtomobilləri üçün yükləmə cihazları şəbəkəsini qurmaq istəyir.

Bu barədə “Heise” onlayn xəbər portalı məlumat yayıb.

Bildirilib ki, şirkət 2030-cu ilin sonuna kimi elektromobillər üçün 10 mindən çox sürətli enerji doldurma məntəqəsi yaratmağı planlaşdırır. İlk stansiyalar bir il ərzində Şimali Amerikada yaradılacaq və onlar təkcə “Mercedes-Benz” avtomobilləri üçün deyil, digər markaların maşınları üçün də əlçatan olacaq.

Konsernin rəhbəri Ola Kelleniusun sözlərinə görə, şirkət təkcə Şimali Amerikada buna 1 milyard avrodan çox sərmayə qoymağa hazırdır. 2027-ci ilə qədər ABŞ və Kanadada 2.5 min yükləmə cihazı olan 400-ə yaxın stansiyanın yaradılması planlaşdırılır.

Hazırda eyni şəbəkənin yaradılması üçün Avropa və Çindəki tərəfdaşlarla danışıqlar aparılır, onlar hələ başa çatmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər