Bir neçə ildir ki, məşhur qlobal e-idman turniri “League of Legends Esports” ilə əməkdaşlıq edən alman avtomobil istehsalçısı “Mercedes-Benz” çempionat üçün xüsusi olaraq yaradılmış konsept avtomobilini təqdim edib.
Yalnız virtual aləmdə mövcud olan adı açıqlanmayan model çoxsaylı AMG və “Maybach” avtomobilləri üzərində birbaşa işləmiş “Mercedes-Benz” qrupunun baş dizayneri Qordon Vaqerin rəhbərlik etdiyi rəssamlar tərəfindən yaradılıb.
“Qeyri-adi virtual şou avtomobili hazırlayarkən iki dünya birləşir – real avtomobil dizaynı və animasiya. Virtual dünya o deməkdir ki, biz sərhədləri aşa bilərik və yaradıcılıq mühitimizdə gözlənilməzliklərə yer verə bilərik. Nəticədə unikal bir nümunə – “Mercedes‑Benz”dən ilk tam virtual şou avtomobili ortaya çıxıb”, – deyə Qordon Vaqerin yeni məhsulu təqdim edərkən bildirib.
İstehsal perspektivi olmadığı üçün model haqqında ətraflı məlumat verilməyib.