10 C
Baku
Saturday, November 16, 2024

“Mercedes-Benz” nasazlıq səbəbindən 1.3 milyondan çox avtomobili geri çağıracaq

“Mercedes-Benz” 2016-cı ildən 2021-ci ilə qədər istehsal edilmiş 1.3 milyondan çox avtomobili geri çağıracaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bunun əsas səbəbi “eCall” təcili yardım xidmətlərinin çağırışı sistemində müəyyən nasazlıqların aşkar edilməsi olub.

Verilən məlumata görə, 2019-cu ilin oktyabrında “Mercedes-Benz” “eCall” proqramının işləmədiyi avtomobilin Avropada qəzaya uğradığını öyrənmişdir. Şirkət buna oxşar daha bir neçə hadisə ilə bağlı istintaq işlərinə başlamışdır.

Nəticədə “Mercedes-Benz” bu nasazlığın ola biləcəyi bütün avtomobilləri geri çağırmağa qərar verib. Söhbət CLA, GLA, GLE, GLS, SLC, A, GT, C, E, S, CLS, SL, B, GLB, GLC və G modelləri daxil olmaqla 2016-cı ildən 2021-ci ilə qədər istehsal edilən avtomobillərdən gedir.

Geri çağırılmanın aprelin 6-da başlayacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin əvvəlində “Tesla” da 158 min elektrikli avtomobilini geri çağırmışdır. Belə ki, modellərdə MCU idarəetmə sistem blokunun sıradan çıxması aşkar edilmişdir.

Son xəbərlər
Digər xəbərlər