11 C
Baku
Friday, November 15, 2024

“Mercedes-Benz” Rusiyada €1.4 mlrd. itirib

Almaniyanın “Mercedes-Benz” avtomobil konserninin Rusiyada istehsalın və tədarükün dayandırılması ilə bağlı xərcləri rüblük hesabata əsasən, 1.4 milyard avro təşkil edib. Məlumatlara görə, bu ilin birinci yarısında şirkətin xalis mənfəəti 16% azalaraq 6.6 milyard avroya, ikinci rübdə isə 13.6% azalaraq 3.107 milyard avroya düşüb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Mercedes-Benz” Rusiyada mövcudluğunun yeni formatını nəzərdən keçirir. Şirkət distribyutorunun əmlakını dilerlərdən birinə satmaq imkanını nəzərdən keçirir. Sövdələşmənin distribyutorun hüquqlarının dilerə keçməsi əsasında həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, mart ayında “Mercedes-Benz” Rusiyada istehsalı, o cümlədən minik və yüngül avtomobillərin tədarükünü dayandırdığını elan edib.

Son xəbərlər
Digər xəbərlər