31 C
Baku
Friday, July 19, 2024

“Mercedes-Benz” və “Rivian” birgə mikroavtobus istehsal edəcəklər

“Mercedes-Benz” şirkəti və “Rivian” startapı elektriklə işləyən mikroavtobuslar istehsal edəcək müştərək müəssisə yaratmaq üçün anlaşma memorandumunu imzalayıblar. Şirkətlərin birgə press-relizinə əsasən, istehsalın Mərkəzi və ya Şərqi Avropada yerləşəcəyi və yaxın illərdə işə salınacağı gözlənilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Hər iki istehsalçının eyni konveyerdən istifadə edəcəyi, lakin iki fərqli elektrik furqon yığacağı planlaşdırılır. “Biz investisiya və texnologiyanı “Rivian” ilə bölüşürük, çünki ümumi strateji ambisiyamızı paylaşırıq: istehlakçılar üçün etibarlı, yüksək keyfiyyətli məhsullar təqdim etməklə furqon bazarının elektrikləşdirilməsini sürətləndirmək”.

Son xəbərlər
Digər xəbərlər