“Mercedes-Benz” şirkəti “Mercedes-Maybach Concept EQS” avtomobil modelinin prototipi olan yeni elektrikli krossoverini təqdim edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Dizayn alman markasının müasir üslubundadır və iki rəngə boyanıb. Bundan əlavə, avtomobil 24 düymlük təkərlər və xrom detallar alıb.
“Maybach Concept EQS” modelinin salonu dörd oturacaq, MBUX multimedia və xüsusi qrafika ilə təchiz edilib. Bildirilir ki, sürücü avtomobilə yaxınlaşanda avtomobilin qapıları avtomatik açılır.
Qeyd edək ki, “Mercedes-Benz ESQ SUV” elektrikli krossoverinin 2022-ci ildə, “Maybach” versiyasının isə bir qədər gec satışa çıxacağı proqnozlaşdırılır. Məlumdur ki, hər iki krossoverin gediş məsafəsi 600 km-dən az olmayacaq, aparıcı bazarlar isə Çin, Rusiya, Cənubi Koreya, ABŞ və Almaniya olacaq.