24 C
Baku
Sunday, August 14, 2022

“Mercedes-Benz”in təsisçisi 1 milyard dollara yaxın cərimələndi

“Mercedes-Benz”in təsisçi şirkəti “Daimler Group” rekord həddə cərimələnib.

Xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya prokurorları nəzarət vəzifələrinin səhlənkarlıqla pozulması səbəbilə şirkətə 870 milyon avro (960 milyon dollar) cərimə müəyyən edib.

Belə ki, prokurorlar “Daimler Group”a məxsus “Mercedes-Benz” C və E sinfinə aid 280 min avtomobildə karbon emissiyasının göstəriləndən daha çox olduğunu aşkarlayıb.

Qeyd edək ki, “Daimler” 2019-cu ilin əvvəlində 60 min avtomobilini karbon emissiyası səbəbi ilə geri çağırmışdı.

©Finans.az

Son xəbərlər
Oxşar xəbərlər