“Mercedes-Benz”in təsisçi şirkəti “Daimler Group” rekord həddə cərimələnib.
Xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya prokurorları nəzarət vəzifələrinin səhlənkarlıqla pozulması səbəbilə şirkətə 870 milyon avro (960 milyon dollar) cərimə müəyyən edib.
Belə ki, prokurorlar “Daimler Group”a məxsus “Mercedes-Benz” C və E sinfinə aid 280 min avtomobildə karbon emissiyasının göstəriləndən daha çox olduğunu aşkarlayıb.
Qeyd edək ki, “Daimler” 2019-cu ilin əvvəlində 60 min avtomobilini karbon emissiyası səbəbi ilə geri çağırmışdı.
©Finans.az