8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Mercedes” dünya üzrə 800 min avtomobili geri çağırır

“Mercedes” avtomobil istehsalçısı yanğın riskinə səbəb ola biləcək nasazlıq səbəbindən dünya üzrə 800 mindən çox avtomobili geri çağırır.

Banker.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti şirkətin müştərilərinə göndərilmiş məktuba istinadən məlumat yayıb.

Geri çağrılma 2017-ci ilin yanvarından 2021-ci ilin oktyabrına qədər istehsal edilən dizel modellərə təsir edəcək. Söhbət GLC, GLE, GLS, eləcə də OM654 və ya OM656 mühərrikli C, E və S, CLS siniflərindən gedir.

Koronavirus pandemiyası fonunda ehtiyat hissələri çatışmazlığı səbəbindən geri çağırılan avtomobillər təmir olunmur. Buna görə də, “Mercedes” sürücülərə sözügedən avtomobil modellərindən istifadəni “minimuma” endirməyi tövsiyə edir.

2021-ci ilin üçüncü rübündə alman avtomobil istehsalçısı “Deimler AG”nin mənfəəti 18% artaraq 2.6 milyard avroya çatıb. İlin sonuna qədər şirkət çip çatışmazlığına görə satışların azalacağını gözləyib.

Son xəbərlər
Oxşar xəbərlər