13 C
Baku
Thursday, November 14, 2024

“Mercedes” elektrikli avtomobillərə keçidi sürətləndirəcək

“Mercedes-Benz” şirkəti elektrikli avtomobillərə keçid prosesini sürətləndirəcəyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, istehsalçının 2024 və 2025-ci illər üçün planlaşdırdığı modellər artıq reklam edilir.

Markanın baş direktoru Ola Kallenius bildirir ki, indiyədək təqdim edilməyən avtomobillərin reklam edilməsi tədricən ekvivalent daxili yanma mühərrikli modellərin dəbdən düşməsinə səbəb olacaq.

Xatırladaq ki, daha əvvəl “Mercedes”in 2025-ci ilədək “elektrifikasiya və rəqəmsallaşdırmaya 70 milyard avro sərmayə qoymağı planlaşdırdığı açıqlanıb. Buna baxmayaraq, açıqlamada daxili yanma mühərrikli avtomobillərdən imtina barədə heç nə deyilməyib.

Son xəbərlər
Digər xəbərlər