“Mercedes-Benz” ilk dəfə olaraq elektrikli “Gelendvagen” yolsuzluq avtomobilini təqdim edib. Şirkətin mətbuat xidməti aprelin 24-də yeni məhsulla bağlı təfərrüatları açıqlayıb.
Elektrikli “G-Class” modeli “G 580 with EQ Technology” adını alıb. Yolsuzluq avtomobili 587 at gücündə dörd elektrik mühərrik ilə təchiz olunub. Onun çata biləcəyi maksimal sürət 290 km/saatdır, 100 km/saat sürətlənmə isə 4.6 saniyə çəkir.
Avtomobilin çəkisi 3085 kq-dır və o, 116 kVt/saat tutumlu akkumulyatorla 470 km-ə qədər məsafə qət edə bilir. Elektrikli “Gelendvagen”in görünüşü əvvəlki nəsillərdən praktiki olaraq fərqlənmir.
Salonda iki 12.3 düymlük ekran quraşdırılıb. Multimedia sistemi mühərrik səslərini simulyasiya edən “G-Roar” funksiyasını alıb. Elektrikli “Gelendvagen”in qiyməti 142 621 avrodan başlayır.