10 C
Baku
Friday, December 13, 2024

“Mercedes” elektromobilini təqdim etdi – FOTO

Frankfurtda keçirilən avtomobil sərgisində “Mercedes-Benz” şirkəti “Vision EQS” modelini təqdim edib.

Yeni model elektriklə çalışan sedanlar arasında yeni rəqabətə start verəcək.

“Mercedes” şirkəti dəbdəbə, texnologiya və enerji sərfiyyatına görə zirvəni fəth etməyi planlaşdırır.

Yeni model iki elektrik mühərriki vasitəsilə hərəkət edir. Aqreqatların ümumi gücü 477 at gücüdür. “Vision EQS” yerindən 100 km/saat sürəti 4.5 saniyəyə yığır.

Enerji ehtiyatı 700 km məsafə qət etməyə imkan verir. Batareyanı isə 20 dəqiqəyə doldurmaq mümkündür.

©Oxu.az
Son xəbərlər
Digər xəbərlər