28 C
Baku
Saturday, July 27, 2024

“Mercedes” gələn il dünyada 2000 sürətli enerji doldurma stansiyası açacaq

Almaniyanın avtomobil istehsalçısı olan “Mercedes-Benz Group AG” 2024-cü ilin sonuna kimi dünyada elektrik avtomobilləri üçün 2000 sürətli enerji doldurma stansiyası açmağı planlaşdırır.

Bu barədə şirkətin press-relizində deyilir.

İlk üç stansiya bu ilin payızında Atlanta (ABŞ), Çenqdu (Çin) və Mannheim (Almaniya) şəhərlərində istifadəyə veriləcək.

Onilliyin sonuna kimi avtomobil istehsalçısı qurğuların sayını 10 minə çatdırmaq niyyətindədir.

Markasından asılı olmayaraq istənilən elektrik avtomobilinin sahibləri stansiyalardan istifadə edə biləcəklər, çünki qurğular müxtəlif doldurma standartlarını – Tesla tərəfindən hazırlanmış Şimali Amerika standartını (NACS), birləşdirilmiş sistemləri (CCS1 və CCS2), eləcə də Çin Guobiao standartını (GB/T) əhatə edəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər