9 C
Baku
Sunday, November 17, 2024

“Mercedes” yeni elektrikli krossoverini təqdim edib – Fotolar

“Mercedes-Maybach” şirkəti Şanxay avtosalonunda EQS 680 adlı yeni dəbdəbəli krossoverini təqdim edib. Maşın iki elektrik mühərrik və 107.8 kVt/saat tutumlu akkumulyator alıb. Avtomobilin gediş məsafəsi 600 km təşkil edir.

346818058777993

346818058868001

Krossoverin salonu təbii dəri ilə işlənib. Avtomobil isitmə, havalandırma və masaj funksiyası olan oturacaqlarla təchiz edilib. Həmçinin, EQS 680 üç OLED displeydən ibarət “hiperekran”  alıb.

346818058897573

346818058959515

Sürücü ilə üzbəüz avtomobilin vəziyyəti haqqında məlumat verən alətlər paneli, ortada multimedia sistemi, sərnişin oturacağının qarşısında isə əyləncəli kontentə baxa biləcəyiniz əlavə ekran var.

346818059021160

81567ab35c6c27de94183c0845506529

EQS 680 elektrik krossoveri ABŞ-da istehsal olunacaq. Avtomobilin satışı bu ilin sonuna qədər başlayacaq. Yeniliyin qiymətləri hələ açıqlanmayıb. “Carscoops”un məlumatına görə, ABŞ-da avtomobilin qiyməti təxminən 185 min dollar təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər