11 C
Baku
Friday, October 25, 2024

Merkel avronun məzənnəsini yarım illik maksimuma qaldırdı

Banker.az saytı xəbər verir ki, Avropanın vahid valyutasının məzənnəsi 0,3%, yəni 1,1236 dollara qədər yüksəlib ki, bu da 2016-cı ilin 9 noyabr tarixindən bu günə qədər ən yüksək göstərici hesab olunur.

MarketWatch isə 22 may tarixində məlumat verib ki, avro Almaniya kansleri Angela Merkel-in çıxışından sonra möhkəmlənib. Belə ki, kansler avronu həddindən artıq zəif adlandırıb.

Onun sözlərinə görə, məzənnənin dinamikası Avropa Mərkəzi bankının siyasəti ilə əlaqəlidir ki, bu da alman ixracını daha ucuz edir.

Merkel həmçinin qeyd edib ki, idxal dəyərinə ucuz neft qiymətləri təsir edir. Nəticədə ölkənin ticarət balansı profisit ilə üzləşir. “Əgər neft 50 faiz baha olsaydı, tez bir zamanda alman idxalının həcminin əhəmiyyətli dərəcədə artımını müşahidə edərdik” – deyə kansler vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər