16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Merkel Baydenlə telefonla danışıb

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ Prezidenti Cozef Baydenlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Bu barədə xəbəri Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, tərəflər Əfqanıstan və İran başda olmaqla xarici siyasət barədə danışıb, ticarət və iqlim siyasətlərini müzakirə ediblər. Kansler Baydeni Almaniyanı ziyarət etməyə dəvət edib.

Yeni növ koronavirus infeksiyasını müzakirə edən tərəflər bildiriblər ki, pandemiyaya qarşı mübarizə beynəlxalq səyləri tələb edir.

Almaniya hökumətinin başçısı, həmçinin beynəlxalq problemləri Avropa və transatlantik tərəfdaşlarla birlikdə həll etməyə hazır olduğunu bildirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər