26 C
Baku
Saturday, July 27, 2024

Merkel və Putin Belarusdakı vəziyyəti müzakirə etdi

Almaniya Kansleri Angela Merkel ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün telefon danışığı baş tutub.

“Tut.by” informasiya portalı xəbər verir ki, liderlər avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədəki vəziyyəti müzakirə ediblər. Söhbət əsnasında Merkel Belarus hökumətinin dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdən çəkinməli olduğunu, həmçinin siyasi məhbusları dərhal azad etməli və böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa girməli olduğunu bildirib.

Kremlin Mətbuat xidməti tərəflərin Belarusdakı vəziyyəti hərtərəfli araşdırdıqlarını təsdiqləyib: “Rusiya tərəfi böhranın daha da kəskinləşməsinə səbəb olacaq respublikanın daxili işlərinə kənardan müdaxilə cəhdlərinin qəbuledilməzliyini vurğulayıb. Həmçinin tərəflər vəziyyətin erkən normallaşacağına ümid etdiklərini ifadə ediblər”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər