11 C
Baku
Sunday, December 8, 2024

Mərkəzi Bank “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi – MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankı “ABB-İnvest İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsini cərimələyib.

Banker.az bu barədə requlyatora istinadən xəbər verir.

Belə ki, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinə müvafiq olaraq “ABB-İnvest İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.

598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə;

598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə;

Son xəbərlər
Digər xəbərlər