8 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bank faiz artımına getdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%-dən 7.5%-ə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25%-dən 9% səviyyəsinə yüksəldilib.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov press-konfransda bildirib.

AMB İdarə Heyəti ötən il uçot dərəcəsi üçün 8 dəfə iclas planlamışdı. Son 6 iclasda gözləmə mövqeyində dayanıb. Sonuncu dəfə 2020-ci ilin dekabrındakı axırıncı iclasda faiz dərəcəsini 0.25% bəndi azaldaraq 6.25%-ə qədər endirmişdi. Son üç iclasda isə sərtləşməyə getdi.

Beləliklə, 2021-ci ilin 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakında isə uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddi 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddi isə 1% bəndi artırmaqla 8%-ə, 17 dekabrda isə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsinə yüksəltdi..

Son xəbərlər
Digər xəbərlər