Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.
Kredit təşkilatının faiz gəlirləri 1 milyon 411 min 995 manat, faiz xərcləri 560 min 335 manat, qeyri-faiz gəlirləri 215 min 924 manat, qeyri-faiz xərcləri 943 min 879 manat təşkil edib.
31 dekabr 2022-ci il tarixinə “Merkuri BOKT” QSC-nin cəmi aktivləri 5 milyon 723 min 803 manat olub ki, bu da illik müqayisədə 48.86% artım deməkdir. Bunun 5 milyon 028 min 119 manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə bu göstərici 3 milyon 203 min 224 manat olub.
Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 64.32% artaraq 5 milyon 047 min 721 manat, cəmi kapitalı isə 676 min 082 manat olmuşdur.
“Merkuri BOKT” QSC-nin illik mənfəətinin həcmi isə 59 min 713 manat təşkil edib.
Təşkilat 2012-ci ildə yaradılıb.
Audit hesabatını yüklə.