19 C
Baku
Sunday, June 1, 2025

“Merkuri BOKT” ASC-nin 2024-cü il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb

Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.

Kredit təşkilatının faiz gəlirləri 2 milyon 737 min 341 manat, faiz xərcləri 1 milyon 179 min 934 manat, qeyri-faiz gəlirləri 528 min 588 manat, qeyri-faiz xərcləri 1 milyon 816 min 401 manat  təşkil edib.

31 dekabr 2024-cü il tarixinə “Merkuri BOKT” ASC-nin cəmi aktivləri 8 milyon 835 min 411 manat olub ki, bu da illik müqayisədə 15.88 % artım deməkdir. Bunun 7 milyon 736 min 424 manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə bu göstərici 6 milyon 762 min 79 manat olub.

Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 19.41% artaraq 8 milyon 258 min 907 manat olmuşdur.

“Merkuri BOKT” ASC-nin illik mənfəətinin həcmi 82 min 100 manat təşkil edib.

Təşkilat 2012-ci ildə yaradılıb.

Screenshot 2025 05 31 at 14.28.34

Screenshot 2025 05 31 at 14.28.14

Son xəbərlər
Digər xəbərlər