İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən sentyabrın 9-da meşə materiallarının satışı məqsədilə növbəti açıq hərrac təşkil ediləcək.
Bu barədə ETSN-dən məlumat verilib.
Bildirilib ki, hərracda Zaqatala, Balakən, Qax, Tovuz, Quba, Qusar, Xaçmaz, Masallı, Yardımlı və Cəlilabad rayonlarının meşə təsərrüfatlarında formalaşan müxtəlif cinsli meşə materialları hərraca çıxarılacaq.
Hərracda iştirak etmək üçün iddiaçılar sənədləri 6 sentyabr 2022-ci il saat 17:00-dək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təqdim etməlidirlər.
İddiaçılar əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqı və ilkin ödəniş ödəməlidirlər. Hərracda hüquqi və fiziki şəxslər iştirak edə bilər.