25 C
Baku
Sunday, July 3, 2022

Messi əməkhaqqının bir hissəsini kriptovalyutada alacaq

Argentinalı hücumçu Lionel Messi “PSG” Fransa futbol klubunda əməkhaqqının bir hissəsini azarkeş tokenlər şəklində alacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, futbolçu 10 avqustda “PSG”yə keçib. O, bir daha bir il müddətinə uzadıla biləcək iki illik müqavilə imzalayıb.

Azarkeş tokenlər – azarkeşlərin klub tərəfindən təşkil edilən sorğulara qatılaraq ala biləcəyi kriptovalyuta növüdür. Onları birjalarda satmaq və ya eksklüziv mükafatlara dəyişdirmək mümkündür. Bildirilir ki, azarkeş tokenlər əsasən “Chiliz” blokçeyn-platformasında işləyir.

5 avqustda Lionel Messi 2004-cü ildən oynadığı “Barcelona” futbol komandasından çıxdığını açıqlayıb. Bir qədər sonra futbolçunun “PSG”yə keçməsi ilə bağlı şayiələr yayılmağa başlayıb.

Bunun fonunda “PSG” futbol klubunun tokeni 160% bahalaşıb. 10 avqustda onun qiyməti rekord 58 dollara çatıb. Hal-hazırda token 41 dollar səviyyəsində ticarət edir.

Kataloniya klubundan ayrılacağını açıqlamasından bir gün əvvəl Messi rəssam Bosslogic tərəfindən çəkilmiş “The Messiverse” adlı NFT kolleksiyasını buraxdığını elan edib. Tokenlər 20 avqustda “Ethernity Chain” platformasında təqdim ediləcək.

Son xəbərlər
Oxşar xəbərlər