Çin polisi Lionel Messini hava limanında şəxsiyyət yoxlaması zamanı saxlayıb, Banker.az bu barədə Haqqin.az-a istinadən xəbər verir.
Messi İspaniya pasportu ilə Pekinə uçub. Bu ölkənin vətəndaşları Çinə daxil olmaq üçün viza almalıdırlar. Futbolçu isə Argentina pasportunu özü ilə aparmayıb.
İspanlar Tayvana girməkdə sərbəstdirlər. Messi polisə hər şeyi izah edə bilib, futbolçu sonda sürətləndirilmiş qaydada viza alaraq sərbəst buraxılıb.
İyunun 15-də Pekində Argentina millisi Avstraliya ilə oyun keçirəcək.